Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Matəm elan olunub-Gürcüstanda

 

Bütün inzibati binalarda dövlət bayraqları endiriləcək

Gürcüstanda daş kömür şaxtasında baş vermiş qəza ilə əlaqədar ölkədə aprelin 6-sı matəm günü elan edilib.

Yenixeber.org: "RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

"Hökumətin qərarı ilə 2018-ci ilin aprelin 6-sı Gürcüstanda matəm günü elan edilib. Tkibuli şaxtasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək", - məlumatda deyilir.

Kömür şaxtasında baş vermiş qəzadan sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.

Qeyd edək ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam