Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlandı

 

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlandı

 

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov report-a açıqlamasında bildirib ki, son günlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.

Onun sözlərinə görə, ərazidə müşahidə işləri aparılır: "Bayıl sürüşmə sahəsinə reperlər, mayaklar quraşdırılıb. Hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmaz. Geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb. Ərazi daimi nəzarətdədir". R.Həsənov qeyd edib ki, Abşeron rayonunun Nübar qəsəbəsi və Masazır qəsəbəsində yerləşən Zəli gölü sürüşmə ərazisində son günlər aktivlik qeydə alınıb: "Aktivliyin səbəbi əraziyə düşən mövsümü yağıntıların təsiridir. Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində də sürüşmənin dinamikasında aktivlik olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam