Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Direktor və direktor müavinlərinin maaşları artırıldı

 

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artılırıb

Yenixeber.org:  Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib. Əvvəllər direktorların vəzifə maaşı 486, müavinlərinin isə vəzifə maaşı 435 manat olub.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam