Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Məmmədyarov amerikalı diplomatlara Qarabağı müzakirə edib

 

Məmmədyarov amerikalı diplomatlara Qarabağı müzakirə edib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org: XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer də iştirak edib. B.Brink Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayan qonaq ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. B. Brink ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.

E. Məmmədyarov isə Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə danışan nazir iqtisadi sahədə əlaqələrin inkişafı və ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən E. Məmmədyarov ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətli həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam