Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Dünyanın ən varlı insanları bir gündə 114 milyard dollar itirdilər


56

ABŞ fond birjalarının kəskin geriləməsi dünyanın ən varlı 500 insanının bir andaca 114 milyard dollar itirməsinə səbəb olub.

Yenixeber.org: Fevralın 5-də “Dow Jones” və “S&P 500” birjalarının istiqrazlarının gəlirliyi üzrə qorxu fonunda ABŞ-ın əsas fond indeksləri 3,8-4,6 faiz geriləyib və beləliklə də 2018-ci il ərzindəki bütün irəliləyişi heçə endirib.

Həmin gün ən çox “Berkshire Hathaway” investisiya fondunun başçısı Uorren Baffet itirib – 5,1 milyard dollar. Zərərin həcminə görə ikinci yerdə “Facebook Inc” kompaniyasının yaradıcısı Mark Sukerberq gəlir – onun varidatı 3,6 milyard dollar azalıb. Bir gün ərzində 3,3 milyard dollar zərərə uğrayan “Amazon” kompaniyasının qurucusu Ceff Bezos siyahıda üçüncü pillədə qərarlaşıb. Onların ardınca isə hər biri 2,3 milyard dollar itirən “Google” kompaniyasının baniləri Larri Peyc və Sergey Brin və 2,25 milyard dollar zərərə düşən “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts gəlir.

Ümumilikdə isə milyarderlərin ilk beşliyində heç bir dəyişiklik baş verməyib: Bezos 116 milyard dollarla birinci yerdədir. Sonrakı yerləri 91,6 milyard dollarla Qeyts, 85 milyard dollarla Baffet, 74,7 milyard dollarla Sukerberq, 74 milyard dollarla “Zara” brendinin sahibi Amansio Orteqa tutur.(azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam