Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycanda maraqlı iş təklifi:Meyitdən skelet... - Video

Azərbaycanda maraqlı iş təklifi:

 

 

Sizə meyitin skeletini çıxarmaq işi tapşırılsa, bu işi görərdinizmi? Bu sualı elə-belə vermədim. Azərbaycan tibb universitetində belə bir vakansiya var. Bəli, düz eşitdiniz. Meyitin skeletini çıxarırısınız və buna görə maaş alırsınız

 

Yenixeber.org: Meyitdən skelet hazırlayan adamlar axtarılır. Azərbaycan Tibb Universiteti yarandığı gündən əyani vəsait sarıdan problem yaşamasa da, son illər bu problemlər özünü göstərməyə başlayıb. Son vaxtlar universitetdə köhnə vəsaitlərdən istifadə olunur. Skelet, kəllə sümüyü, döl, tənəffüs yolu və digər bu kimi orqanların yaşı yarım əsrdən çoxdur. Son vaxtlar isə heç kim meyitdən skelet çıxarmaq istəmir.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin sözlərinə görə, muzeylərdəki eksponatlar da köhnəlib. İndi uşaqlar fərqli anomaliyalarla doğulsalar da, bunu insanlara nümayiş etdirə bilmirlər. Halbuki xəstəliklə mübarizə aparmaq üçün onun mənbəyinin araşdırılması əsas zərurətlərdəndir.

Hazırda universitetdə skelet hazırlayacaq adamlar işə dəvət olunur. Bu zaman namizədin tibb təhsilinin olması vacib deyil. Texniki işçi kimi onlar əvvəlcə təcrübə keçəcəklər. Sadə orqanların eksponatından sonra onlara skelet hazırlamaq şəraiti yaradılacaq. İşə götürülən gündən isə bu şəxslərə əməkhaqqı təyin olunacaq. Maaşın məbləği isə sonradan müəyyənləşdiriləcək.

Professor Vaqif Şadlinski Azərbaycanda bu sahəni bilən az sayda mütəxəssisin olduğunu və yeni mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu deyir.

Meyitdən skelet xüsusi incəliklə çıxarılmalıdır. Əks halda toxumalardan ayrılan skeletin anatomiyasına ziyan vurula bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam