Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərildi

104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərildi

 

 

Goranboyda küçədə aşkarlanmış 104 yaşlı Mədinə Əliyevə Çeçenistana göndərilib

 

Yenixeber.org: Bu barədə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova açıqlama verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yeni il bayramı ərəfəsində, Goranboyda, soyuq hava şəraitində küçədə qalan Mədinə Əliyeva adlı 104 yaşlı Çeçenistan sakinin tapıldığı barədə məlumatlar dərc olunmuşdu.

İlkin tibbi yardımın göstərilməsindən sonra ahıl xanım Bakıda sığınacağa  yerləşdirilmişdi. Qadın Kərbəlanı ziyarət etməyə çalışsa da, yoldaşları onu aldadaraq Goranboyda tərk edib. Mədinə Əliyeva Çeçenistana qaytarılması üçün kömək istəyib.

Bir neçə gün sonra Mədinə Əliyevanın taleyi ilə şəxsən Çeçenistan lideri Ramzan Kadırov maraqlanıb, o, müvafiq strukturlara əlacsız qadına yardım etmələrinə dair göstəriş verib.

Ötən gecə M.Əliyeva Çeçenistandan olan nümayəndə heyətinin müşayiəti ilə Azərbaycanı tərk edib.

“Azərbaycan DİN və Çeçenistan nümayəndə heyətinin vasitəçiliyi ilə, o, Çeçenistana göndərilib.  Bakıda ona bütün lazımi tibbi yardım göstərilib. Ancaq Çeçenistanda yaşamaq istəyini nəzərə alaraq, onun Rusiyaya göndərilməsinə qərar verilib”, – deyə Mehriban Zeynalova bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam