Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Zabit əsgəri vəhşicəsinə döyüb-Ermənistanda

 

Ermənistanda zabit əsgəri vəhşicəsinə döyüb

Ermənistan ordusunun əsgəri öz zabiti tərəfindən vəhşicəsinə döyülüb. Ölümcül halda hospitala aparılan əsgər əməliyyat olunub.

Yenixeber.org: Dekabrın 22-də faktla bağlı Tavuş vilayət məhkəməsində zabit Mihran Voskanyanın işi üzrə proses keçirilib. 

Voskanyan Ermənistan ordusunun Tavuş vilayətindəki hərbi hissələrindən birində komandir müavini işləyib. O, 2016-cı ilin dekabrın 16-da, saat 17:00-da xidməti vəzifəsini yerinə yetirən əsgər Mikayel Minasyana qarşı zor tətbiq edib.

Erməni zabit əsgər Minasyanı vəhşicəsinə döyərək ona dalağın subkapsular hematomunun qırılması, daxili qanaxma ilə nəticələnən, həyatına təhlükə yaradan xəsarətlər yetirib. 

2016-cı il dekabrın 17-də Minasyan təcili əməliyyat olunub, onun dalağı götürülüb.

Voskanyana qarşı bilərəkdən sağlamlığa ağır zərər vurma, tabeliyindəki şəxsə qarşı zorakılıq etmə və ya zorakılıqla təhdid etmə maddələri ilə cinayət işi açılıb.(ordu)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam