Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycan nefti ilə bağlı proqnoz-OPEK-dən

 

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.

yenixeber.org: Bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barrel təşkil edəcək. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.

Əvvəlki hesabatda OPEK neft hasilatının 2017 və 2018-ci illərdə müvafiq olaraq 0,06 milyon barrel və 0,05 milyon barrel azalacağını proqnozlaşdırırdı.

Hesabata əsasən, oktyabr ayında Azərbaycanda orta sutkalıq neft hasilatı 0,81 milyon barrel olub ki, bu da sentyabr ayının göstəricisindən 0,01 milyon barrel yüksək, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0,03 milyon barrel aşağıdır.(trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam