Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ermənistan ordusunda dava:Xəsarət alanlar var

Ermənistan ordusunda dava:

 

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəminində daha 2 cinayət hadisəsi qeydə alınıb

 

Yenixeber.org: Hər iki hadisə nəticəsində xəsarət alanlar var.

Belə ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular - Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Başqa bir hadisə zamanı hərbi qulluqçu Rafik Xaçaturyan əsgərlər tərəfindən döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində dava baş verib. Hadisə zamanı xəsarət alanlar olub.

Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.

İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəminində daha 3 cinayət hadisəsi də baş verib.

Məlumata görə, Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb.

Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib.

Baş verən cinayət hadisələri valideynlərdən və hüquq-mühafizə orqanlarından gizlədilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam