Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rusiya ilə sərhədimiz möhkəmləndirildi

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
   "Xeberinfo.com": Ans press-in bölgə müxbirinin məlumatına görə, Sərhəd Mühafizəsinin 95 illik yubileyi ərəfəsində istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə bildirildi ki, “Xanoba” sərhəd zastavası kompleksində şəxsi heyət üçün yüksək səviyyəli xidməti döyüş şəraiti yaradılıb. Buraya əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təmin edilən yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanması və təmir edilməsi üçün qarajlar və digər tikililər daxildir.
Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışdı. Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində tikinti-quruculuq işləri, yeni sərhəd infrastrukturunun yaradılması prosesi geniş vüsət alıb.
Mərasimdə digər çıxış edənlər də dövlətimizin sərhəd mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmləndiyini və Azərbaycan sərhədlərinin etibarlı mühafizəsinin təmin olunduğunu qeyd etdilər.
Tədbirdə xidmət zamanı fərqlənən sərhədçilərə medallar və qiymətli hədiyyələr təqdim olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam