Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

DİN uşaq bağçasında əməliyyat keçirdi

DİN uşaq bağçasında əməliyyat keçirdi

 

Noyabrın 2-də, saat 3:00 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102”  Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub.  

Yenixeber.org: məlumat aidiyyəti üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanılıb.   

Hadisə yerinə gedən polis əməkdaşları pəncərədən içəri daxil olan şəxsin oradakı seyfdən açar seçmək yolu ilə 1750 manat pulun oğurladığını müəyyən ediblər. 

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri qısa zamanda öz nəticəsini verib. Oğurluğu törədən şəxs çox uzağa getməyə macal tapmayıb. Şübhəli yaxınlıqdakı küçələrin birində saxlanılaraq Polis Bölməsinə aparılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdinov olduğu məlum olub. 

Ondan burğana (“drel”), üzərinə baxış zamanı isə 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxs törətdiyi əməli, həmçinin götürdüyü puldan bir hissəsini kontura və digər şəxsi ehtiyacına xərclədiyini etiraf edib.   

Faktla bağlı cinayət işi başlanılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam