Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ATV-nin efirində işlənən “ayə, ay tupoy” sözü MTRŞ-in xoşuna gəlməyib–“Təhqiramiz ifadədir”

ATV-nin efirində işlənən “ayə, ay tupoy” sözü MTRŞ-in xoşuna gəlməyib

 

“Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”

 

Yenixeber.org: Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

 O qeyd edib ki, reklam mətnlərində ədəbi dil normalarının pozulması məsələsi oktyabrın 6-da “Ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda da xüsusi vurğulanıb: “Lakin xeyli müddət keçməsinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə problemlər qalmaqdadır. Məsələn, ATV telekanalının efirində yayımlanan “ATV+”un reklam çarxını qeyd etmək olar. Bu reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqəti çəkir. Həmin reklam mətnində belə bir cümlə işlədilir: “Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?”. Göründüyü kimi, bu, olduqca xoşagəlməz mənzərədir. 6 oktyabrdan xeyli vaxt ötüb və kanalları bu məsələdə daha məsuliyyətli olmağa çağırırıq. Məlumdur ki, ölkənin efir məkanında ədəbi dilin qorunması və tətbiqi işi yüksək səviyyədə diqqət mərkəzindədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam