Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Şeyx 9 müsəlman xanımı nazir təyin etdi

Şeyx 9 müsəlman xanımı nazir təyin etdi

 

Birləşmiş Ərəb Əmirliklərinin  vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb

 

Yenixeber.org: Bu barədə Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış ölkəsi etmək tapşırığını həyata keçirəcək. Şeyx Mohammad deyib ki, yeni hökumətin məqsədi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin millətin idarə edilməsinə gəncləri cəlb etməkdir. Yeni hökumət BƏƏ-nin tarixində sayca 13-cüdür.

27 yaşlı cənab Omar Bin Sultan Al Olama süni intellekt üzrə dövlət naziri, 30 yaşlı xanım Sara Al Amiri qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi gələcək qida təhlükəsizliyi üzrə dövlət naziri təyin edilib.

Yeni kabinet 31 nazirdən ibarətdir. Kabinetin tərkibinə 9 xanım nazir daxildir. Bu da hökumətdə qadın təmsilçiliyinin 29 faiz artımı deməkdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam