Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Millət vəkili “Əxilik” yürüşünə qatıldı- Foto

Millət vəkili “Əxilik” yürüşünə qatıldı

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kırşəhər vilayətində “30-cu Əxilik Həftəsi”nin açılış mərasimində iştirak edib.

Yenixeber.org: Gənclik və İdman naziri Osman Aşkının da iştirak etdiyi mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edərək qədim Əxilik təşkilatının təməl fəlsəfəsinin qardaşlıq olduğunu söyləyib. Əxilik təşkilatının qurucusu Əxi Evrənin azərbaycanlı olduğunu, Xoy şəhərindən Anadoluya gəldiyini qeyd edən Qənirə Paşayeva təşkilatın qədim qayda-qanunlarından söz açıb.

Millət vəkili türklərin böyük bir imtahandan keçdiyi Çanaqqalada yüzlərlə azərbaycanlı, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun yüzlərlə türk əsgərinin şəhid olduğunu, bunların da bir neçəsinin kırşəhərli şəhidlər olduğunu xatırladıb.

Əxilik yürüşündən və konfransdan çox təsirləndiyini dilə gətirən millət vəkili Qarabağ problemindən danışaraq, gələn il Əxilik yürüşünün Qarabağda, Şuşada, azad edəcəyimiz bütün o gözəl torpaqlarımızda da təşkil etmək arzusu ilə çıxışını bitirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam