Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“26 Bakı Komissarı” küçəsinin adı dəyişdiriləcək

 

Yenixeber.org: Sabunçu rayonununda küçələrdən birinin hələ də “26 Bakı Komissarı'' adını daşıması son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri “trafaret”lər yenilənsə də, köhnə küçə adlarının dəyişdirilməməsindən gileylənib.

Məsələylə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həqiqətən də rayonun ərazisində bu adda küçə var. Eyni zamanda Sovet dövründən qalan “Anaşkin” küçəsi və digər belə küçələr mövcuddur. Lakin küçələrin adlarının dəyişdirilməsi proses şəklində həyata keçirilir. Məsələn, son bir ildə Nardaranda 22 küçənin adı dəyişdirilərək yeni adlar verilib.

Sözügedən “26 Bakı Komissarı” və digər küçələrlə bağlı yaxın bir ay ərzində işlər görüləcək. Hazırda yeni adlar təklif kimi hazırlanır və Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam