Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Elçibəyin qardaşının səhhətində problemlər yaranıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin səhhətində problemlər yaranıb.

 Yenixeber.org:Bununla bağlı xəbəri o, özü Musavat.com-a açıqlamasında təsdiqləyib. Almurad bəyin dediyinə görə, gözləmədiyi halda səhhətində ortaya çıxan narahatlıqlarla bağlı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasındakı həkimlərə müraciət edib: “Həkimlər sağ olsun, hərtərəfli müayinə etdilər, müalicəyə başladılar. Allah hamısının canını sağ eləsin!

Sizin vasitənizlə baş həkimi Telman İbadova, 22 ildir mənim qayğıma qalan professor Südeyif həkimə, professor Məcid həkimə, Respublika Xəstəxanasının bütün kollektivinə minnətdarlığımı bildirirəm. Hamısı sağ olsun!”

A.Əliyevin dediyinə görə, sidik kisəsində problemlərin yaşanması səbəbindən həkimlər onun xəstəxanada müalicə olunmasını tövsiyə edib: “İstədilər xəstəxanada yatırsılar, hövsələm çatmadı, gəldim evə”. Almurad bəydən xəstəliyi dövründə Elçibəyin silahdaşlarının onu yoluxub-yoluxmadığını da soruşduq. “Çoxu bilmir xəstəyəm, amma bilənlər zəng edir, baş çəkir. Dövlət adamları da mənim xətrimi çox istəyir. Allah hamıya şəfa versin!” deyə, bildirdi.


Almurad bəyə biz də Allahdan şəfa diləyirik!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam