Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Şüvəlanda icra nümayəndəsi cərimələndi

Şüvəlanda icra nümayəndəsi cərimələndi

 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal Nazirliyinn əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Bu barədə nazirlikdən Trend-ə verilən məlumatda bildirilib.

Məlumata görə, araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı protokol tərtib olunub, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam