Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

MSK-ya cəmi 4 partiya maliyyə hesabatını təqdim edib -SİYAHI

 

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 4-ü Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Xeberinfo.com:   Bu barədə "Report"a MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O bildirib ki, illik maliyyə hesabatını təqdim edən partiyalar hakim Yeni Azərbaycan Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

N.Məmmədov qeyd edib ki, partiyaların illik maliyyə hesabatının təqdim olunması ilə bağlı maarifləndirmə tədbirləri ötən il olduğu kimi bu il də keçiriləcək.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam