Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Elşad İskəndərova yeni vəzifə verildi

 

Elşad İskəndərov yenidən bu beynəlxalq qurumun Baş Katibi vəzifəsinə seçilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib.

   "xeberinfo.com": Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) İstanbuldakı Baş Qərargahından əldə etdiyimiz məlumata görə, Elşad İskəndərov yenidən bu beynəlxalq qurumun Baş Katibi vəzifəsinə seçilib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ İKGF-nin Prezidenti Əli Sarıkaya 6 may 2014-cü il tarixində imzalayıb. Qərarda həmçinin Elşad İskəndərova Forumun Baş Katibi vəzifəsilə yanaşı, qurumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib.

Xatırladaq ki, E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun Baş Katibi vəzifəsinin icrasını dayandırıb.

Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam