Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qafqaz Universitetinin yeni rektoru məlum oldu

qafqaz

Bu gün Qafqaz Universitetində təhvil-təslim işləri həyata keçirilib.

Xeberinfo.com:  Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov APA-ya açıqlamasında deyib ki, bununla da Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətə başlayıb. Onun sözlərinə görə, iclasda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç könüllü olaraq ərizə yazıb rektor vəzifəsindən azad olunmasını xahiş edib: “Ona əlavə heç bir vəzifə verilmədi və Qafqaz Universitetinin rektoru vəzifəsindən azad olunmaqla işindən tamamilə getdi. Mən artıq Qafqaz Universitetinin rektoru vəzifəsini də icra edəcəm”.
Rektor Qafqaz Universitetinin adının dəyişiləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu xəbərlərin doğru olmadığını və Qafqaz Universitetinin adının dəyişilməyəcəyini qeyd edib. E.Qasımovun sözlərinə görə, sadəcə, ali məktəb Bakı Ali Neft Məktəbinin İdarəçiliyi altında fəaliyyət göstərəcək: “Bu il də Qafqaz Universitetinə tələbə qəbulu əvvəlki qaydada aparılacaq. Fürsətdən istifadə edərək Azərbaycanın bütün savadlı abituriyentlərini Qafqaz Universitetində təhsil almağa dəvət edirəm. Tələbələrin təhsili də Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Universitetinin tələbə və müəllim kontingenti olduğu kimi qalır, sadəcə, universitet Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib və rektor olaraq həmin ali məktəbə rəhbərlik edəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam