Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nazirin müsahibəsi onu hədəfə gətirib

mikayil-cabbarovTəhsil sahəsinə nəzarət uğrunda mübarizə yenidən qızışıb

Xeberinfo.com:   Təhsil naziri Mikayıl Cabbarovun bir müddət əvvəl verdiyi müsahibə onu hədəfə gətirib. Söhbət təhsil nazirinin rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədən gedir. Mikayıl Cabbarov həmin müsahibədə Sapunovun “Təhsildə islahatların gedişinə mane olan kimdir və ya nədir?” sualına cavabında deyib: “Təhsilin sovet modelinin doğruluğunu müdafiə edən ayrı-ayrı insanların inadkarlığı mane olur. Onlar yalnız bu modellə tanışdırlar və ona görə məhz onu ən yaxşı hesab edirlər”.

Redaksiyamıza daxil olan məlumata görə, Mikayıl Cabbarovun bu cavabı Prezident Administrasiyasında xoş qarşılanmayıb. Qeyd edək ki, uzun müddətdir administrasiya rəhbəri Ramiz Mehdiyev təhsil sahəsini tam nəzarətə götürməyə çalışır. Bəzi iddialara görə, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyində vaxtaşırı ziddiyyətlərin baş qaldırması da bununla əlaqədardır. Misir Mərdanovun dövründə bu savaş açıq müstəvidə gedirdi. Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra bir qədər səngidi. Lakin son vaxtlar TQDK yenə də təhsil nazirinə ciddi zərbə sayılacaq faktlar açıqlayır. Biz bu faktların həqiqiliyini şübhə altına almaq istəmirik. Azərbaycanda bütün sahələr kimi təhsil sahəsi də bərbad vəziyyətdədir. Və bu bütövlükdə mövcud idarəetmə ilə bağlıdır. Azərbaycanda korrupsiya faktiki olaraq idarəçiliyin prioriet işinə çevrilib. Bu halda təbii ki, təhsil, səhiyyə və başqa sahələr bərbad vəziyyətdə olmalıdır.

TQDK-nın açıqlamalarına gəlincə, bu sadəcə daxili ziddiyyətlərin təzahürüdür. Yuxarıda qeyd etdiyimiz kimi Mikayıl Cabbarovun məlum cavabı onun rəqiblərini hərəkətə gətirib.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam