Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nazirdən yeni təyinat – Polkovnik bölmə rəisi oldu

ramilusubov68

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Xeberinfo.com:   APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovniki Məmməd İsmayılov tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R. Usubov iki gün əvvəl daha 4 rayonun polis rəislərini dəyişdirib. Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam