Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Həştərxanda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər keçirilir


            Həştərxan vilayətində “Azərbaycan sosial-iqtisadi və mədəni əməkdaşlığa təşviq mərkəzinin”, Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynovun təşəbbüsü ilə və Həştərxan vilayəti və şəhərin administrasiyalarının iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

           Xeberinfo.com:  Bu tədbirlər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbdə 9-11-ci sinif şagirdləri arasında sinif saatları keçirilmişdir. Məktəblilər sinif yoldaşlarının hazırladıqları və Heydər Əliyevin keçdiyi yolun müxtəlif mərhələlərindən bəhs edən təqdimatları izləmişlər. Həmçinin məktəbin kitabxanasında “Heydər Əliyev və onun dövrü” adlı sərgi açılmışdır.

            May ayındaməktəbdə müəllimlər, şagirdlər və onların valideynləri, dövlət orqanlarının nümayəndələri və rayon və şəhər deputatlarının iştirakı ilə Heydər Əliyevin doğum gününə həsr olunmuş təntənəli görüş keçirilməsi nəzərdə tutulub.

            Bir sıra tədbirlər Həştərxan vilayətinin Xarabalinski və Nərimanov rayonlarında keçiriləcək.

 

Ədalət Hüseynovun sözlərinə görə, görülən işlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında daha ətraflı məlumat verməklə yanaşı, həm də iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfəveriri, beynəlmiləlçilik ruhunun güclənməsinə kömək edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam