Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

FIFA: UEFA İnfantinonu təqib edir


FIFA UEFA-nı öz prezidenti Canni İnfantinonu təqib etməkdə və təşkilat rəhbərinin seçkilərinə təsir göstərməyə cəhddə ittiham edib.

Yenixeberorg.biz: Buna səbəb dünya çempionatlarında payların özəl investorlara satılması ilə bağlı layihənin baş tutmaması ətrafında yaranan mübahisə olub və ittihamlar FİFA-nın Mayami məhkəməsinə təqdim etdiyi sənədlərdə yer alıb.

Təşkilat "FIFA Forward Enterprise" layihəsi üzrə bütün materialların təqdim edilməsi ilə bağlı UEFA-nın sorğusunun qəbul edilməməsinə çalışır.

"UEFA-nın hərəkətləri sorğunun təqib məqsədilə verildiyini göstərir", - FİFA-nın hüquqşünasları bildiriblər.

UEFA qapalı layihə ilə bağlı sənədləri tələb edərək idarəetmədə cinayət tərkibli pozuntu ittihamı ilə İnfantinoya qarşı iş başlada biləcəyini bildirib.

FİFA bu iddianı rədd edib. "UEFA heç bir əsas olmadan cənab İnfantinonun "FIFA Forward Enterprise" təklifindən şəxsən faydalanmağa çalışdığını ehtimal edir", - məhkəmə sənədində deyilir.

Mübahisə 2027-ci ilin mart ayında keçiriləcək FİFA prezidenti seçkiləri ərəfəsində başlayıb. İnfantino bu seçkilərdə iştirak edərək yenidən seçilmək niyyətindədir. UEFA ona verdiyi dəstəyi geri çəksə də, hələlik başqa namizəd irəli sürməyib. Namizədlərin irəli sürülməsi müddəti noyabrda başa çatır.

FİFA həmçinin iddia edir ki, seçkilərdən qısa müddət əvvəl UEFA bu sorğunu və daha üç müraciəti təqdim edərək İnfantino haqqında yalan məlumatlar yayıb. Təşkilat məhkəməni bu yolla seçkilərə təsir göstərmək cəhdlərini rədd etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam