Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub-FOTO

Mədəniyyət naziri Adil Kərimli BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

Yenixeberorg.com: Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Adil Kərimli Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib.

Şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstəyinin təqdirəlayiq olduğu vurğulanıb.

Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.

Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nazir C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanışlığa, həmçinin bu il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam