Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ

Kəlbəcərin İstisu ərazisində insanların təbii isti mineral sularda çimdiyini əks etdirən görüntülər son günlər sosial şəbəkələrdə geniş yayılıb.

Yenixeberorg.com xəbər verir ki, həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.

Məsələyə aydınlıq gətirmək üçün Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu ünvanladıq.

Xüsusi nümayəndəlikdən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir.

Vətəndaşlar bu sulardan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam