Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Zavodda yanğında ölənlərin sayı 7-yə çatdı

Rusiya zavodda yanğında ölənlərin sayı 7-yə çatdı

Rusiyanın Amur vilayətində yerləşən Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Daha 9 nəfərin taleyi isə hələlik məlum deyil.

Yenixeberorg.com: Rusiya KİV-ləri xəbər verir ki, bu barədə kompleksin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kompleksin ərazisində yanğın ocaqları artıq tamamilə söndürülüb. Hazırda texnoloji qazların qalıq həcmlərinin nəzarətli şəkildə yandırılması prosesi başa çatdırılır.

Axtarış-xilasetmə işləri zamanı podratçı şirkətin əməkdaşları olan daha 4 Çin vətəndaşının meyiti aşkarlanıb.

Beləliklə, faciə nəticəsində 7 nəfərin öldüyü təsdiqlənib. Onlardan 1-i Rusiya, 6-sı isə Çin vətəndaşıdır.

Hazırda podratçı şirkətdə çalışan daha 9 Çin vətəndaşının taleyi məlum deyil və onların axtarışı davam etdirilir.

Yanğın avqustun 25-də kompleksin tikinti sahəsində baş verib. Hadisədən sonra çox sayda insan müxtəlif dərəcəli xəsarətlərlə tibbi yardım üçün müraciət edib. Rəsmi məlumatlara görə, 152 nəfər tibbi yardım alıb, 36 yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin baş verdiyi ərazidə araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və hadisənin bütün təfərrüatları araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam