Füzulidə avtomobil ağaca çırpılıb -Xəsarət alan var

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
Yenixeberorg.com-un xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.










AZ
RU