Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Dağ çiçəkləri” ədəbi məclisinin növbəti toplantısı keçirilib


2024-cü ilin noyabr ayında “Dağ çiçəkləri” ədəbi məclisinin növbəti toplantısı keçirilib. İsmayıllı Rayon Uşaq Kitabxanasında təşkil olunan görüşdə məclis üzvləri, şair və yazıçılar, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.

Toplantı çərçivəsində “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sıralarına yeni qəbul olunan bir neçə yazara birlik üzvlük vəsiqələri təqdim edilib. Çıxış edənlər onların yaradıcılıq fəaliyyətində uğurlar arzulayaraq, birlik daxilində səmərəli fəaliyyət göstərəcəklərinə inandıqlarını bildiriblər.

Məclis bədii müzakirələrə başlamazdan əvvəl təqaüddə olan, “Tərəqqi” medalı ilə təltif edilmiş Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov ədəbiyyatın mahiyyəti və bədii yaradıcılığın əsas prinsipləri barədə maarifləndirici çıxış edib.

Daha sonra məclis üzvləri yeni qələm nümunələrini səsləndiriblər. Oxunan şeir və nəsr nümunələri ətrafında fikir mübadiləsi aparılıb, müəlliflərə tövsiyələr verilib. Bədii dəyəri yüksək qiymətləndirilən əsərlər “İsmayıllı xəbərləri” qəzetində dərc olunmaq üçün qəbul edilib.

Görüş zamanı ədəbi məclisin fəaliyyətinin daha da canlandırılması, gənc yazarların cəlb olunması və toplantıların daha maraqlı keçirilməsi ilə bağlı müxtəlif təkliflər də səsləndirilib.

Üzvlük vəsiqəsi alan yazarlar onlara göstərilən etimada və diqqətə görə “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Toplantı xatirə şəklinin çəkilməsi ilə başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam