Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubuna qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

Yenixeberorg.com: "Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının "Report"a verdiyi məlumata görə, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.

"Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.

Kluba azərbaycanlı azarkeşlərin komandaya dəstək məqsədilə oyunda iştirakı ilə bağlı hər hansı müraciət daxil olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam