Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Yenixeberorg.com xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:0 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Xatırladaq ki, Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam