Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir-FOTO

Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.

Yenixeberorg.com xəbər verir ki, körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.

Körpülərin tikintisi inşaat norma və qaydalarına uyğun şəkildə aparılır. Yeni körpülər istismara verildikdən sonra həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam