Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var-FOTO

Çinin şərqindəki Fucyan əyalətinin Szinzyan şəhərində ayaqqabı fabrikində yanğın baş verib.

Yenixeberorg.com: "Sinxua"nın xəbərinə görə, yanğın nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb, xeyli insan binada köməksiz vəziyyətdə qalıb və ya itkin düşüb.

Yanğının söndürülməsi işləri davam edir. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasedicilər bildiriblər ki, təhlükə səbəbindən hələlik binaya daxil olmaq mümkün olmayıb.

Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

İlkin məlumata əsasən, yanğın fabrikin istehsalat korpusunun birinci mərtəbəsində başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə binadan qalın qara tüstünün qalxdığı, yanğınsöndürənlərin alovla mübarizə apardığı görünür.

Çin lideri Si Cinpin hadisə ilə bağlı təcili tədbirlərin görülməsi barədə göstəriş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam