Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ASA-nın prorektoru Ülkər Babayevanın Macarıstan İdman Elmləri Universitetində olub -FOTOLAR

Azərbaycan İdman Akademiyasının (ASA) Tədris işləri üzrə prorektoru Ülkər Babayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər çərçivəsində Macarıstan İdman Elmləri Universitetində olub.

Yenixeberorg.com: ASA-nın nümayəndə heyəti universitetin rektoru Tamaş Sterbenz və ali təhsil müəssisəsinin digər struktur rəhbərləri ilə görüş keçirib.Görüşdə 2026-cı il yanvarın 23-də imzalanmış niyyət məktubuna uyğun olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi məsələləri müzakirə edilib.
Tərəflər idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların qarşılıqlı tanınması, eləcə də təcrübə mübadiləsinin təşkili istiqamətində əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda ASA-nın nümayəndə heyəti üçün təşkil olunan kampus turu zamanı universitetin infrastruktur imkanları ilə tanışlıq olub, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam