Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib -2 nəfər ölüb, 36 nəfər yaralanıb

Rusiyanın Ukraynanın Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.

Məlumata görə, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya qoşunları sutka ərzində regiona təxminən 30 dəfə hücum edib. Zərbələr nəticəsində 1 nəfər həlak olub, 16 nəfər yaralanıb. Mülki infrastruktur obyektləri zədələnib və qismən dağılıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin 44 yaşayış məntəqəsinə 800-dən çox zərbə endirib. Nəticədə səkkiz nəfər xəsarət alıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, vilayətin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam