Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

 

ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər.

Yenixeber.org-un məlumatına görə, bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”, - hərbi departamentin nümayəndəsi qeyd edib.

O, həmçinin vurğulayıb ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin effektiv qarşısını almağa imkan verir, regionda suveren dövlətin özünümüdafiə hüququ olan strateji paritetini təmin edir.

Bundan əlavə, Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ öz ərazisini qorumaq adı altında raketdən müdafiə sisteminin yaradılmasını təşviq edir, lakin reallıqda bu addımlar digər ölkələrə qarşı qabaqlayıcı zərbə endirmək və kosmosun hərbiləşdirilməsinə yönəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam