Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Heyvandarlığın inkişafına 15 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
"Xeberinfo.com":   Prezident ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrırıb.
Prezident İlham Əliyev həmçinin heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə də sərəncam imzalayıb. Sərəncamə əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilib.
Prezident hər iki sərəncama əsasən Maliyyə Nazirliyinə lazım olan məbləğdə maliyyələni təmin edilməsi ilə bağlı göstəriş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam