Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Yol polisindən gizli radarlara münasibət

 

Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib.
"Xeberinfo.com":  Məlumata görə,  son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır”.
Bölmə rəisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam