Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Hərbi xidmətini başa vuran əsgərlər Ordudan tərxis olunurlar

 

Azərbaycan Respublikası vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır və eyni zamanda müddətli həqiqi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

"Xeberinfo.com":   Son günlər cəbhə xəttində gərgin vəziyyətin müşahidə olunmasına baxmayaraq, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətini başa vuran əsgərlər ordudan tərxis olunurlar. Bu barədə Modern.az saytına hərbi qulluqçuların tərxis olunmasının ləngiməsindən narahat olan əsgər valideynləri məlumat veriblər.

“Milli Orduda həqiqi hərbi xidmətini başa vuran əsgərlər tərxis olunur. Həmçinin cəbhə bölgəsində hərbi  qulluq müddətini başa çatdıran əsgərlər ehtiyata buraxılırlar. Mənim oğlum Erkin Kazımlı da da cəbhə xəttində xidmət edirdi və dünən tərxis olunub. Bütün əsgər valideynlərini təbrik edirəm”,-deyə yazıçı Gülhüseyn Kazımlı Modern.az-a bildirib. 

Qeyd edək ki, bir müddət öncə müddətli həqiqi hərbi xidmətini başa vuran əsgərlərin ehtiyata buraxılmasının ləngiməsi b'zi valideynlərdə narahatlıq doğurmuşdu. Amma bu narahatlığın əsassız olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri də bildirmişdilər. Nəzərə alsaq ki, iyulun 30-dək hələ bir neçə gün də var, onda qeyd etmək olar ki, o vaxtadək həqiqi hərbi xidmət müddətini bitirən əsgərlərin tərxis olunması başa çatdırılacaq. 

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmalı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılmalıdırlar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam