Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Polis rəisinin işdən çıxarılması səbəbləri açıqlandı

 

Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra Kütləvi İnformasiya Vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib.
"Xeberinfo.com":   DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi Mübariz Fətəliyev tabelikdəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə, DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Mübariz Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam