Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Səhiyyə Nazirliyi zavoddakı partlayışda xəsarət alanlarla bağlı məlumat yaydı

 

Səhiyyə Nazirliyi Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayışla bağlı məlumat yayıb.

 

"Xeberinfo.com":   Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə  nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam