Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Zelenski müharibədə strateji dönüşdən danışdı: “Biz qələbəyə gedirik”

                 “Ukrayna Rusiya ilə müharibədə strateji dönüşə nail olub”.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“Emosiyalar insanlarla pis oyun oynayır. Biz səfərbər olanda, hərbi qələbələrimizi və düşmənin itkilərini görəndə mübarizənin tezliklə sonlanacağını gözləyirik. Ancaq hələ vaxt lazımdır. Hələ səbir etməyə, müdrikliyimizə və enerjimizə ehtiyacımız var. Birlikdə qələbəyə çatmaq üçün işimizi maksimum dərəcədə yerinə yetirmək bacarığı gərəkdir. Ukrayna torpaqlarını hələ neçə gün azad etməli olduğumuzu söyləmək mümkün deyil, amma biz bunu edəcəyik! Çünki biz artıq strateji dönüşə nail olmuşuq. Qələbəmizə doğru gedirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu ukraynalılar üçün vətən müharibəsidir.

V.Zelenski həmçinin Rusiyaya qarşı Ukraynanın tərəfdaşlarının sanksiyalarının vacib olduğunu bildirib:

“Rusiya bu qorxunc müharibənin əvəzini ödəməlidir. Hər gün ödəməlidir”.(segodnya.ua)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam