Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Prezident və ailəsi Heydər Əliyevlə bağlı tədbirdə

 

Bu gün Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. 

"Xeberinfo.com":  Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub.

Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında Azərbaycan prezidentinin sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim edib.

Sonra Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.

Mehriban Əliyeva tanınmış incəsənət eksperti Erve Mikaelofa və muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.

Təntənəli mərasim bədii hissə ilə davam edib (AZƏRTAC).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam