Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Pakistanın Quru Qoşunları komandanı: -"Minaların təmizlənməsində iştirak etməyə hazırıq"

Pakistanın Quru Qoşunları komandanı: Minaların təmizlənməsində iştirak etməyə hazırıq

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Kontr-admiral S.Bəkirov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını Pakistan Quru Qoşunları komandanına çatdırıb və ölkəmizin Pakistan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam