Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Şarl Lekler və Maks Ferstappen Bakıda ağac əkdi-FOTOLAR

 

Şarl Lekler və Maks Ferstappen Bakıda ağac əkdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində iştirak edən "Ferrari"nin pilotu Şarl Lekler və "Red Bull"un sürücüsü Maks Ferstappen Bakıda ağacəkmə aksiyasında iştirak edib.

Yenixeber.org: Məlumata görə, tədbir Hilton otelinin həyətində gerçəkləşib.

Ağacəkmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov və Milli Məclisin deputatı Nigar Arpadarai də iştirak edib.

Aksiya "5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü"nə həsr olunub.

Qeyd edək ki, Şarl Lekler bu gün sıralama turunda qalib olub. Ferstappen isə iyunun 4-də ilk sərbəst yürüşdə finişə birinci çatıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam