Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil”

 

Müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusun verilməsi məsələsi Milli Məclisin gündəmində deyil.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
M. Quliyev bildirib ki, həkimlərin və müəllimlərin maaşlarının artırılması, diferensiallaşmış maaş həmişə diqqət mərkəzindədir, amma dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil:“Ola bilsin ki Azərbaycan prezidentinin tapşırığı ilə Nazirlər Kabineti bununla bağlı hansısa qərar verə bilər, amma gündəmdə belə bir məsələ yoxdur. Ona görə ki, heç dünya praktikasında da belə şeyə rast gəlinməyib. Dövlət qulluqçusu statusu dövlət sektorunda işləyənlərə şamil olunur, müəllim isə öyrədəndir, təhsil sektorundadır. Həkim də səhiyyə sektoruna aiddir. Həkim və müəllim dövlətdən asılı, məmur olmalı deyil”.
M. Quliyev tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məsələsinin də hazırda gündəmdə olmadığını bildirib: “Yaz sessiyasında bu məsələ dəqiq gündəlikdə deyil. Amma ola bilər ki, payız sessiyasında bu məsələyə baxıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam