Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyacaq”

“Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyacaq”
Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə 30 il davam edən və nəticəsiz qalan danışıqlarıda həll edilməli olan məsələlərin xeyli hissəsini 30 gündə reallaşdıra bildi.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, son bir ay Azərbaycan tarixinə şanlı hərflərlə yazılıb.

“Bu gün bütün ölkə bir yumruq kimi birdir. Bu da nəticə etibarı ilə qələbəmizə xüsusi baza yaratdı. Sentyabrın 27-də əks-hücum əməliyyatı olan zaman Füzuli rayonunda idim, həmin günlərdə insanlarla söhbətdən əmin oldum ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu qələbə qazanacaq. Çünki bir tərəfdə güclü ordumuz, digər tərəfdə isə ordunu dəstəkləyən, Ali Baş Komandana inanan xalqımız var. Bir ay ərzində Azərbaycan Ordusu 4 rayonun xeyli kəndlərini işğaldan azad edib. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan yüksəkliklər azad olunub. Bu bir ay qürurverici və Azərbaycan tarixinə şanlı hərflərlə yazılacaq aydır. Növbəti aylarda da işğal altında olan digər torpalqarın azad olunacağını gözləyirik. Eyni zamanda işğaldan artıq azad olunmuş torpaqlarda bərpanın həyata keçiriləcəyini müşahidə edəcəyik”.

V.Bayramlı bu dövrdə Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyacağını qeyd edib: “Xüsusən müharibədən sonrakı dövründə fərqli iqtisadi modelin tətbiqini müşahidə edəcəyik. İşğaldan azad olunan ərazilərimiz Azərbaycan iqtisadiyyatına yeni töhfə verəcək. Bu baxımdan Azərbaycanda yeni tarix başlayır. Təbii ki, bu tarixi yazan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti aylarda yeni uğurlara imza atacağıq. Vətəndaşlarımız yeni xoş xəbərlərə sevinəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam