Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Ermənistan hərbi təxribat törətməyə hazırlaşır”:İcma rəhbəri

 

 “İşğalçı Ermənistan əvvəllər qəbul etdiyi “Madrid prinsipləri”ndən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin dili ilə imtina etdiyini bəyan etməkdədir”.

Yenixeber.org: Bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib.
“Ermənistan bu addımları ilə sülh prosesini pozmaqda davam edir və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Bir daha aydın olur ki, Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.

Son günlər xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş şoular, qondarma qurumun “rəhbər”inin açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır.

Biz beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həm-sədrlərini Ermənistanın cəzasızlıqdan həvəslənərək atdığı belə təxribatçı addımlara qarşı sərt mövqe nümayiş etdirməyə çağırırıq”, - deyə T.Gəncəliyev qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam