Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Elina intiharı: məktəbdən qovulan direktorla bağlı -Sensasiya

 

 

8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq.

Yenixeber.org: Bu barədə saytımıza məlumat verən məktəbdəki mənbə bildirib ki, S.Abbasovanın direktorluqdan uzaqlaşdırılması ilə bağlı bu gün iclas keçirilib.

İclası məktəb direktorunu müvəqqəti əvəz edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğlu təşkil edib. Ə.İsgəndərov müəllimləri yığaraq bildirib ki, narahatlığa heç bir əsas yoxdur, S.Abbasova tezliklə vəzifəsinə qayıdacaq.

 İclasda müəllimlərə bildirilib ki, S.Abbasova baş verən hadisə və yayılan səs yazısı unudulandan və ara sakitləşəndən sonra yenidən vəzifə başında olacaq. İddia olunub ki, S.Abbasova ən pis halda töhmət alacaq, vəssalam!.

Yeri gəlmişkən, onu da bildirək ki, sosial şəbəkədə olduqca aktiv olan S.Abbasova baş vermiş olayla əlaqədar artıq hesabını dondurub.

Xatırladaq ki, 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın intihar nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanı və onun ailəsini tərbiyəsizlikdə, pozğunluqda ittiham edən səs yazısı yayılmışdı.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam